"Azərbaycan mühəndis
və energetiklər cəmiyyəti" ictimai birliyi (APESA) -
bir qrup istehsalat və layihə-konstruktor müəssisəsinin
ölkədə nümayəndəsi, Azərbaycanda kiçik su və lokal
istilik elektrik stansiyalarında ixtisaslaşan aparıcı
şirkətdir.
Şirkət mühəndis və
maliyyə-investisiya tərkib hissələri də daxil olmaqla
layihənin idarə olunması məsuliyyətini tam olaraq öz
üzərinə götürür. Alternativ enerji layihələrini effektiv
və tam vaxtında işləyir, həyata keçirir və "açar
təhvili" üsulu ilə təhvil verir.
Cəmiyyət
"qiymət-keyfiyyət"
nisbətində optimal olan, texniki
xarakteristikalarına və qiymət göstəricilərinə görə
müxtəlif gücdə elektrik stansiyaları buraxmağa imkan
verən energetika avadanlığı istehsalçıları olan aparıcı
dünya şirkətlətini əməkdaşlığa cəlb edir.
Bizim təşkilatın aktivində
Azərbaycanda ən yaxşılardan biri olan
mühəndis-konstruktor kollektivi vardlr.
Bu günə
biz tərəfindən energetikanın müxtəlif sahələrinə (kiçik
və mikro-SES, qazla işləyən DYM-generatorlar, külək
generatorları, avtonom və ehtiyat qidalanma mənbələri)
aid olan 20-dən artıq layihə həyata keçirilmişdir.
Onların modul tərtibatı
və ya binada yerləşdirilmə layihəsi nəzərdə tutulub.
İstehlakçıya istilik enerjisinin təsərrüfat və məişət
məqsədləri üçün utilizasiyası, yanacaq hazırlığı, xüsusi
istismar şəraiti ilə əlaqədar əlavə imkanlar
təklif olunur.
Layihələrin
ekspertizasını həyata keçiririk, enerjiqənaət
texnologiyalarına dair məsləhətçi xidmətləri göstəririk.
Energetik müayinələri,
avadanlığın proqram üzrə dəyişdirilməsini, müasir
avtomatlaşdırılmış texnologiyaların tədbiqini və
enerjiqənaət tədbirlərinin işlənməsini, servis
xidmətlərini və maliyyələşdirmənin investisiya
sxemlərinin işlənməsini nəzərdə tutan kompleks yanaşma
digər regional proqramlarda da istifadə olunacaq.
Cəmiyyət Azərbaycan və
qonşu ölkələrin bazarlarında xarici investorlara ekspert
və məsləhətçi xidmətləri göstərir.
Cəmiyyət Azərbaycan
Respublikasının mühəndis və energetika üzrə
mütəxəssislərini birləşdirən qeyri-hökümət,
qeyri-kommersiya təşkilatıdır.
Cəmiyyətin baş
direktor və təsisçisi
"Azərbaycan
Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu"
Məhdud Məsuliyyətli Cəmiyyətinin
(bundan sonra - AzETvəLAEİ adlandırılacaq)
baş elmi işçisi Rəsul
Süleymanovdur.
İcraçı direktor – Ramazanov Ələsgər,
"BakıElektrikŞəbəkə" enerjipaylayıcı şirkətinin əməkdaşı.
İdarə Heyətinin üzvləri:
Aydayev Fəxrəddin – "Azərenerji"
ASC-nin baş mühəndisinin müavini;
Məmmədov Elşad – Şirvan şəhəri
Elektrik Paylayıcı Şəbəkəsi abonent şöbəsinin rəisi;
İsmayılov Fəzail - AzETvəLAEİ-nin "Xarici iqtisadi əlaqələr və yeni
texnologiyaların tədbiqi Mərkəzi"nin
rəisi;
Nəcmətdinov Bəhman - AzDRES-in
direktoru;
Qasımov Nemət - Bakının elektrik
şəbəkə rayonunun rəisi.
Mütdəlibov Hikmət - Cəmiyyətin
İT-qrupunun rəhbəri.
2002-ci ildən başlayaraq
cəmiyyətin TACİS proqramı üzrə fəaliyyəti istehsalın
enerji effektliyinin artırılması elektrik paylayıcı
şəbəkələrdə itkilərin azaldılması ilə bağlı olub.
İnkişaf etmiş ölkələrin
energetika üzrə qabaqcıl təcrübəsinin Azərbaycana
gətrilməsinə dair də böyük iş görülmüşdür. Mütəmadi
olaraq
General Electric, Siemens, Scneider Electric, Wartsila,
Emerson, Moeller, Janitra, Cooper Power Systems, ENSI,
CKD, LovatoElectric və s. bu kimi şirkət və firmaların
seminar və təqdimatları keçirilib və keçirilir.
Hal-hazırda evlərin və
kənd yerlərinin günəş kollektorları və panelləri,
həmçinin elektrik enerjisi istehsalı üçün kiçik gücə
malik külək generatorları və artezian quyuları üzərində
quraşdırılan gurğular ilə təchiz olunması üçün
alternativ energetika avadanlığının istehsalı ilə məşğul
olan firmalar ilə danışıqlar aparılır və görüşlər
hazırlanır.
Bundan başqa, bu il üçün
dağlıq və dağətəyi bölgələrdə yaşayan fərdi
istehlakçılar üçün mikro- hidro- və külək gurğularının
istehsalı üçün işçi cizgilərin hazırlanması nəzərdə
tutulub.
Həmçinin Sovet və ondan
sonrakı dövrlərdə tikilmiş dövlət və ictimai binaların
enerji effektliyinin artırılması üçün bazarda olan yeni
texnologiya və materialların axtarışı aparılır, eyni
vaxtda normativ akt və standartlar (DÜST) toplanılır.
Aşağıda Cəmiyyətin dövlət qeydiyyatı haqqında
Şəhadətnamə verilmişdir.
